Kateqoriyasız

Fərid Qayıbov Azərbaycanın “dəmir qadını” ilə görüşdü

Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucovanı qəbul edib.

-ın məlumatına görə, Rəbiyyənin çıxışı ilə maraqlanan nazir, onu uğuru münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.

Rəbiyyə Cənubi Afrikanın Port Elizabet şəhərində keçirilən «Isuzu Ironman» turnirində uğurla çıxış edərək “Ironman” titulunu qazanıb. “Triterra Baku Triatlon Klubu”nun nümayəndəsi olan Rəbiyyə 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla, tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib. İdmançı yarışın velosiped mərhələsində qəzaya uğrasa da, iradə nümayiş etdirərək mübarizəni davam etdirib və finişə çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43