Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan gənclər və idman naziri, qonağa Azərbaycanda son illərdə həyata keçirilən idman siyasəti barədə məlumat verib.
Görüş zamanı ölkələr arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşqlərin təşkilinin mümkünlüyü qeyd olunub.