23 Dekabr 2024
Ölkə futbolu

Fabio Kapello: “Bakıda necə lazımdırsa, elə də oynayacağıq”

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello maraqlı açıqlamalar verib.

O, millimizin də yer aldığı F qrupunda birinci yeri tutacaqlarına əmin olduqlarını bildirib:

Rusiya millisinin qrupda birinci yeri tutacağından əminəm. Komandanın nəyə qadir olduğunu bilirəm. Onu da bilirəm ki, növbəti oyunlarda necə lazımdırsa, elə də oynayacağıq”.

Qeyd edək ki, Azərbaycan – Rusiya görüşü oktyabrın 15-də Bakıda keçiriləcək.

Rusiya millisi hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb. Lakin Kapellonun komandası F qrupunun lideri olan Portuqaliya yığmasından 2 xal geri qalsa da, 1 oyun az keçirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43