İdman

Fanat anlayışı: Ultras və ultraslıq anlayışı nə zaman yaranıb? – YAZI

Ultras nədir və Ultras Anlayışı nə zaman yaranıb?

Ön baxış

1.Fanat və Ultras fərqi

2.Ultras nədir?

3.Ultras qanun və qaydaları

4. Ultras yaranma tarixi

5.Avropa ultrasları

6.Azərbaycanda Ultraslıq

7.Ultraslıq haqda film və kitablar

Fanat və Ultras fərqi

Müasir futbol dedikdə futbolu və stadionu azarkeşsiz və tamaşıçısız təsəvvür etmək qeyri mümkündür. Bəs bu fanat və azarkeş dediyimiz anlayış necə yaranıb? Ultras və tamaşaçı nədir bunlar arasında fərq varmı və fərq nədən ibarətdir?

Tamaşaçı – bu qism azarkeşlər sadəcə oturaq halda komandasına dəstək verib oyunlara elə də aktiv halda gəlməz daha çox televizyon ekranlarından və yada qəzetlərdən izləyər. Onlar üçün sadəcə oyun və qalibiyyət maraqlı olar.

Fanat- Bu qism kütlə tamaşaçıdan daha radikal və çılğın olur. Onlar daha çox stadionda qapı arxasına qaçar və daha çox komandanı ayaq üstə dəstəklər müxtəlif şüarlar və bəstələr oxuyar. Onlar şiddətdən kənar və daha çox sivil halda komandaya dəstək olar.

 

Ultras nədir? 

Ultras – bu kütlə isə daha radikal və çılğınlığı ilə seçilir. Onlar daha çox radikal olur və çox zamanlar klubun məğlubiyyətini aşkar halda həzm etməzlər və stadionda oyun zamanı və oyundan sonra radikal addımlar atarlar. Onlar daha çox rəqib komandanın azarkeşləri ilə münaqişədə olar və özlərinə bir rəqib azarkeş qrupu tapar. Ümumiyyətlə futbolda fan klub anlayışı son illərdə qəbul edilmir və daha çox tərəftar qrupları kimi formalaşarlar.

Bəs Ultras nədir? – Ultras bir neçə on min aktiv fanatın toplandığı birləşdiyi bir aktiv qrupdur. Bu qruplar rəsmi olaraq qeydiyyatdan keçir və rəsmi olaraq futbol fanatları arasında ad qazanır və iz qoyur. Ultraslar öz komandalarının təbliğatına və fanatların toplanmasına yardım edir. Dünyada var olan ultrasların çoxu klub tərəfindən qəbul olunur və çox zaman klub tərəfindən hesablaşan bir qrup olur. Onlar üçün stadionda oturmaq və sakit durmaq sadəcə qadağa və günah desək yanılmarıq.

Bəs Ultraslar nə ilə maliyələşir? – Onlar daha çox atribut ( klub eləcədə qrupun öz atributları) və bilet satışından maliyə əldə edirlər. Dünyanın istənilən Ultras qrupu klub tərəfindən biletlə qismən təmin olunur. Buna səbəb isə biletlərin qiymətləri baha olmasıdır. ( Misal üçün Ultra Aslan hər il sezon olaraq hər oyuna görə kludan 7000 bilet alır və ya Grobari Partizan fan qrupu hər il avro liqa oyunları və yerli çempionatda klub tərəfindən biletlə təmin olunur və yada uzaq səfər oyunlarından endirimli aviya biletlər əldə edir).

İtaliyada demək olar ki klublar bütün qrupları və rəhbərləri ilə hesablaşır və onların fikirləri ilə razılaşıb hərəkət edirlər. Klub Ultras qrupları ilə kommersiya münasibətləri də qurur və bilet atribut satışından pul qazanmağa imkan yaradır .Dünyanın məhşur qrupları kommersiya işlərini davam etdirir eləcədə müxtəlif iyaşə obkeytləri ( bar restoran kafe ) işlədir və klubla razılıqlı şəkildə bunu edir. Bu yolla Ultraslar oyunlarda açdıqları banner və xoreqrafiyaların maliyəsin əldə edirlər.

 

Ultrasların qanun və qaydaları – hər bir qrumun və təşkilatın qanun və qaydaları olduğu kimi Ultraslarından öz qaydaları var. Məsələn Ultraslar xarici simaya malik olmurlar ( çox zaman kapişonlarla gəzirlər)Onlar başqaları kimi gəzmirlər və dəbdən uzaq olurlar.Onlar hətta atributsuz belə yol gedən zaman seçilirlər. Onlara hücum edəndə hücum edir kömək lazım olanda kömək edirlər. Onlar həftənin 7 günü vuruşurlar.Yaşça böyük ultras kiçik ultrasa nəsiyət verir kiçik isə böyüyün hörmətin saxlayır.Yaşca kiçik olan ultras böyük ultrasın həttə tənqidindən belə susmalı və sakitdurmalıdır.

Elə ultras var ki, klubun atributları ilə gəzər eləsi var ki ömür boyu atributdan istifadə etməz. Ultraslar fərqi olur lakin 90 dəqiqə klubu üçün səsin batırar və lazım gəlsə, 1 tikə çörəyin belə ultras qardaşı ilə paylaşar. Ultras nə vanndalizim nədə nasizimdi, ultras dar gündə qardaşlıq demək uzanan əl deməkdir.

Ultras qanun və qaydaları

Ultraslarlıq qaydaları deyilən anyalışda deyilir ki:

1. Əgər hər hansı bir yumruq davasında rəqib qrupla davaya girsən, sayı səndən hətta 1 nəfər az

olsa , belə davaya girməyəcəksən.

2. Tribunada olan zaman rəqib komandanın xanım uşaq yaşlı azarkeşlərinə toxunmayacaqsan.

3. Rəqib komandanın atributuna hörmətlə yanaşacaqsan.

4. Əgər rəqib qrupaş sənin adın qrupunun adı yazılmış banneri səndən alsa və ya yox etsə, onda

sənin fan qrupun fəaliyyətini dayandırmalıdır.

5. Tribunda olan zaman fərq etməz, rəqib azarkeşin belə polislə problemi olsa, kömək etməlisən.

6. Rəqib fanatların ailə və ya şəxsi ünvanına təhqir söyüş işlətməyəcəksən.

7. Heç bir vəclə klubdan maaş pul almayacaqsan.

8. Nə olursa olsun, klubuna dəstək olacaqsan (fərdlərə yox)

9. Kluba təmənnasız azarkeşlik edəcəksən.

 

 

Gördüyünüz kimi ultrasların öz qanun və qaydaları var və buna əməl etmək hər bir ultrasın borcudur.

Ultras yaranma tarixi

Bəs Ultraslıq nə zaman və harda yaranıb? İlk ultraslıq ikinci dünya müharibəsindən sonra 1966 cı ildə İtaliyada yaranıb. İlk Ultras qrupunun adı isə  "Commandos Tigre" olub və bu qrup "Milan" klubunun qrupu olub. 1970 ci ildən İtaliyadakı Ultraslıq bütün avropaya ayaqaçdı. Bundan sonra İspaniya Serbiya İngiltərə Almaniya kimi ölkələrdə Ultraslıq fəaliyyətə

başladı. Cənubi Amerikada da ultraslıq fəaliyyəti var Cənubi Amerikada ultraslara “Barra Bravas” deyilir. "Boka Juniyors", "River Playet" kimi klublar böyük ultras qruplarına malikdir.

İngiltərə ultraslığının flaqmanı "Liverpul" hesab etmək olar. Məhs onların 1980 ci illərdə başlatdığı ultraslıq tez bir zamanda nəinki İngiltərə hətta qonşu ölkələr və şərqi avropaya qədər yayıldı. Elə ilk ultras ölümüdə məhs "Liverpul" ultrasların hesabına yaza bilərik. Belə ki 1985-ci ildə Avropa Çempionları Kubokunun finalında İtaliyanın "Yuventus" klubu ilə görüşdə kütləvi dava nəticəsində 39 futbol fanatı həlak olmuşdur. Bundan sonra UEFA 5 il İngilis klubların avropa miqyaslı oyunlardan kənar etmişdir. Məhs ingilis fanatları futbol fanat anlayışına “Casuals” anlayışını gətiriblər. Bundan əlavə 1985 ci ilin 15 aprelində Şefiltdə Xilsbro stadionunda "Çelsi" və "Liverpul" fanatları arasında toqquşmada 96 "Liverpul" fanatı həlak olmuşdu. İnsanlar bir müddət stadiona getməkdən qorxurdular.

Avropada ulturaslıq son zamanlar yeni bir xəttə üzrə inkişaf edir. Belə ki, iki qrup arasındakı toqquşmanı planlı şəkildə edirlər bir neçə həftə öncədən plan cızılır və qarşı tərəflə yer və say dəqiqləşir. Bunları eləməkdə daha çox mobil telefonlar kömək edir. Belə bir toqquşma 2002 ci ilin 17 oktyabrında Hollandiyada "Ayaks" və "PSV" klubunun azarkeşləri arasında olmuş və kütləvi davada hər iki tərəfdən 1200 adam iştirak etmişdir. Nəticədə 1000 yaxın adam xəsarət almışdır.

Ultrasların öz silahları və qoruyucu vasitələri olur. Onlar daha çox yaş dəsmal şarf maska zəncirdən istifadə edərək özlərini qoruyurlar.Ultraslar arasında daha çox yayılmış söz A.C.A.B dır ( Bütün polislər əclafdır) Ultras və polislər arasında tez tez münaqişələr olur və bu qaçılmazdır.

Avropa ultrasları 

 

Avropada bir çox Ultras qrupları bir biriləri ilə əzəli  rəqibdir və bunlardan bir neçəsini sizlərə misal çəkə bilərəm. Misal üçün:

"Çarşı" (Beşiktaş) – "Texsas" (Bursaspor)

"Ultra Aslan" (Galatasaray) – "Kill For You" (Fənərbaxça)

"Grobari" (Partizan) – "Delija" (Srvena Zvezda)

"Brianza Alcoolica" (İnter) – "Commandos Tigre" (Milan)

"Borusiya Fans" (Borusiya Dortmund) – "Dinoma Mania" (Dinamo Drezden)

"Bad Blue Boys" (Dinamo Zagreb) –  "Haydukish" (Hayduk)

"Zenit Mania" (Zenit) "LokoBoys" (Lokomotiv Moskva)

"Madrigal" (Real Madrid ) "BarcaMania" (Barselona)

Bu siyahiya bir çox adları və qrupları daxil etmək olar. Amma bunlar daha çox ad çıxarmış qruplar hesab edilir. Bu qrupların iştirakı ilə keçirilən oyunlar çox zaman ya yarımçıq dayanır yaa kütləvi dava ilə bitir.

Azərbaycan Ultraslıq mədəniyyəti

Azərbaycan Ultraslıq mədəniyyəti- Müstəqillik dövründən sonra Azərbaycanda futbol inkişaf etdiyi kimi futbol fanatlığı anlayışıda zaman zaman aktivləşməyə başlamışdır. İlk fan qrup isə 1999-cu ildə "Neftçi" fanatları tərəfindən yaradılan “Flaqman” fan klubu olmuşdur. Sonradan isə bir çox fan qrup və klublar yaranmağa başlamışdır. Düzdür müasir futbol fanat anlayışında fan klub sözü qəbul edilmir. Amma klubların özü yaratdığı və klubdan asılı olan fan klubları vardır( İnter,Bakı,Qarabağ,Qəbələ,Simurq və s) Lakin bununla yanaşı müstəqil fan qruplarda var. Düzdü, Azərbaycanda bu ultras qanun qaydaları və mədəniyyətilə elədə ciddi əməl olunmasa da, yenədə ilk cücərtiləri görsənir desək yanılmarıq. İki əzəli rəqib "Neftçi" və "Xəzər Lənkaran" azarkeş və fanatları arasında ilk ciddi toqquşma məhs bir neçə il öncə 18 mayda Tofiq Bəhrəmov stadionunda baş vermiş. Ən ciddisi isə bu ilin 25 avqustunda Lənkaranda baş vermiş 12 əsgər bir neçə azarkeş yaralanmış və Ərəboz Zaur ( Neftçi) və Eliko ləqəbli (Xəzər ) fanat həbs edilmiş və hələdə cəza çəkmə müəssəsində saxlanılır.

İndi sizlərə yerli fan qrupları təqdim etmək istərdim.

1."Neftçi Mania" -Yaranma tarixi 2012 ci ilə təsadüf edir onlar daha fərqli üslubda fəaliyyət göstərir. Media və gündəmdən uzaq durmağa və daha gizli fəaliyyət göstərməyə çalışırlar."Neftçi Mania" daha çox bəstələri ilə seçilir çox zaman kluba qarşı çıxırlar.

2."Forza Neftçi" –Yaranma tarixi 2010 cu il daha çox "Neftçi" fanatlarını bir araya toplamaq və onlara  Neftçi sevdasını aşılamaqla seçilir. Ən çox banneri məhs onlar yazır bir sezon ərzində 50-ə yaxın

banner. Daha çox sakit dəstək ilə seçilir.

3."Green Gate 2" "Xəzər Lənkaran" fan qrupu yeni yaransada artıq özündən söz deyə bilib.Daha çox klub əlehinə və klubdan maliyələşən fan qruplara qarşıdır.

4. "Caspian Ultras" bir neçə ildir fəaliyyətdədir say çoxluğu ilə seçilir.Əzəli rəqibləri olan Neftçiyə qarşı

banner açmaqları ilə seçilir.

 

5 "İmarət"- "Qarabağ"ın fan klubu son illər fan klub daha aktivdir və artıq İmarət Avropada yaratmağa nail olub. Daha çox klubdan maliyələşir.

6. "Sektor 11" Müstəqil fan qrupdu. "Sektor 11" özündə müxtəlif azarkeşləri birləşdirir və milli komanda və klubların Avroliqa oyunlarından dəstək olur.

Ultraslıq haqda film və kitablar.

İndiyə kimi Ultraslıq haqda bir çox film və kitablar yazılıb. Bu filmlərə və kitablara aşağıdakıları misal çəkmək olar.

1.Futbol Fabriki

2.Yaşıl küçənin Xuliqanları (1,2,3 bölmə)

3.Sənəd

4.Firma (1998)

5.Firma (2009)

6.Klass

7.Qəfəs

8.Futbol ətrafında (2013)

9. Ultra

Kitablar

1.Futbol Nağılları –müəllif Aldir Şle (Brazilya)

2.Futbolçu ciyəri –müəllif Nik Xornbi (Şotlandiya)

3.Futbol Fabriki –müəllif Con King ( İngiltərə) 

4.Biz gəlirik –müəllif Duqi Brimson (İngiltərə)

5.Ultras Serbiya –müəllif Miko Mişimoviç (Xorvatiya)

Son söz

Bu elektron kitabı yazmaqda məqsədim qisməndə olsa, sizlərə Ultras və tribun mədəniyyəti haqda məlumat vermək və Ultraslığın nə olduğunu sizə anlatmaq idi. Güman edirəm istəyimə qismən çata bildim.

 

İstifadə olunan ədəbiyyatlar

Biz gəlirik –müəllif Duqi Brimson (İngiltərə)

Ultras Serbiya –müəllif Miko Mişimoviç (Xorvatiya)

Firma (1998) Film

Qəfəs Film

Müəllif :Agazadə

 

 

 

 

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43