Kateqoriyasız

Yılmaz Vural yalançı çıxdı

Bir vaxtlar adı millimizlə yanaşı hallanan türkiyəli baş məşqçi Yılmaz Vural  İngiltərə Premyer Liqasında mübarizə aparan 3 klubdan təklif aldığını və bunlardan birinin "Kardiff Siti" olduğunu  demişdi. Sən demə mütəxəssis özünü reklam edirmiş və bu söz-sözbətlərin hamısı yalan imiş.

Bu yaxınlarda adıçəkilən klubun prezidenti açıqlama verərək, bu xəbərlərin tamamilə yalan olduğunu bildirib:

"Yılmaz Vuralla nə görüşmüşəm , nə danışmışam , nə də onu tanıyıram. Mənə elə gəlir ki, bu xəbərlər özünü reklam etməkdən başqa bir şey deyildir."

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43