22 Dekabr 2024
Dünya futbolu

Fatih Terim məğlub olduğları matçı belə şərh etdi

“Avro-2016″nın seçmə mərhələsində Çexiyaya məğlub olan (1:2)  Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyun haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə təcrübəli mütəxəssi matçı belə şərh edib:

“İslandiya ilə matçda olduğu kimi bu görüşdə də yaxşı oynadıq. Birinci hissədə etdiyimiz bir səhvlə rəqib qol vurdu. Biz isə qol epizodlarından yaxşı istifadə edə bilmədik. İkinci hissədə də üstün tərəf bizik idik. Ancaq buna baxmayaraq, hesabda geri düşdük. Bu cür oyunlarda qələbə qazanmaq lazım idi. Əminəm ki, mütləq qələbə qazanacağıq. Əsas odur ki, yaxşı oynamağa davam edək. Artıq bizim üçün asan bir matç yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43