“Qalatasaray”ın baş məşqçisi Fatih Terim yenidən Türkiyə millisinə qayıda bilər.
Türkiyə mətbuatında yayılan məlumata görə, bunula bağlı Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş rəsmilərindən olan Göksəl Gümüşdağ klubun bazasında təcrübəli mütəxəssislə görüşüb və milli komandaya keçid məsələsini müzakirə ediblər. Terim isə cavabında “Qalatasaray”ı tərk etməyəcəyini, amma lazım gələrsə, həm milli, həm də hazırkı klubunu çalışdıra biləcəyini bildirib. 59 yaşlı çalışdırıcının bu cavabından sonra TFF-nin onunla rəsmi olaraq görüşəcəyi söylənilir.
Qeyd edək ki, hazırda Türkiyə millisində baş məşqçi funksiyasını Abdullah Avcı yerinə yetirir.