Fatih Terimin “Qalatasaray”a keçidi rəsmiləşib.
İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 64 yaşlı mütəxəssis bu gün 1.5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, bu, Terimin “Qalatasaray”a 4-cü gəlişidir. O, 1996 – 2000, 2002 – 2004 və 2011 – 2013-cü illərdə də İstabul klubunu çalışdırıb. Terim “sarı-qırmızılar”a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku qazandırıb.