“Qalatasaray”ın baş məşqçisi Fatih Terim 13 il əvvəlki bir xatirəsindən danışıb.
O, 2000-ci ildə “Fiorentina”ya keçməsinə “Qalatasaray”lı futbolçuların mane olmaq istədiklərini deyib.
2000-ci ildə UEFA Kubokunu qazandıqdan sonra Floryada yemək yeyirdik. O zaman Georgi Popesku mənə “Əgər “Fiorentina”ya getməsən bu komanda Çempionlar Liqasını qazanar” dedi. Digər oyunçularım da eyni sözləri söylədilər. İndi çox üzgünəm”.