“Neftçi”nin futbolçusu Yuri Matias “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində qarşılaşacağı FCSB maçrı barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, “Prosport.ro” saytına müsahibə verən müdafiəçi görüşün qonaqlar üçün çətin keçəcəyini bildirib:
“FCSB Avropada yaxşı oyun göstərsə də, onları Bakıda asan matç gözləmir. “Qarabağ” son 10 ildə Avropada adından söz etdirib. FCSB üçün Bakıda heç-heçə etmək belə çətin olacaq. “Qarabağ”ın bir çox oyunçuları 5-6 ildir birlikdədir. Baş məşqçiləri 17 ildir ki, işinin başındadır. Meydana kimin çıxmasından asılı olmayaraq, bütün futbolçular nə etməli olduqlarını bilirlər.
Azərbaycanda çıxış edən ən yaxşı futbolçu Olavio Juninyo idi. Braziliyalı artıq komandadan gedib.Amma burada yaxşı oyunçular çoxdur. Abdullah Zubir, Julio Romao və Marko Yankoviç kollektivdə mühüm rol oynayırlar”.
“Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.