"Mançester Yunayted"in sabiq baş məşqçisis Aleks Ferqyüson maraqlı açıqlamaları ilə diqqət çəkib.
İngilis mətbuatına danışan mütəxəssis, rus iş adamı Roman Abramoviçin "Çelsi"ni aldığı dövrdə "zadəganlar"dan təklif aldığını təsdiqləyib:
"2003-cü ildə "Çelsi"dən menecerlər vasitəsilə təklif aldım, amma mən onlara "heç bir şansınız yoxdur" cavabını verdim".
"Qırmızı şeytanlar"ın hazırki məşqçisi Devid Moyes haqda da danışan Ferqyüson bunları dilə gətirib:
"Yunated" Moyes ilə əmin əllərdədir. O, güclü məşqçidir və daha da güclü olacaq".