Ölkə futbolu

“Xəzər Lənkəran” “Bayıl Arena”da məşqə çıxdı

Dünən Lənkərandakı hazırlığını başa vurub “Rəvan”la oyun üçün Bakıya yola düşən “Xəzər Lənkəran” bu gün səhər saatlarında oyun öncəsi növbəti məşqinə çıxıb.

“Bayıl Arena”da baş tutan hazırlıq bir saat davam edib.

Futbolçular yalnız taktiki çalışmaları yerinə yetirdilər. Sabah “Bayıl Arena”da oyunöncəsi son məşqinə çıxacaq komanda məskunlaşdığı oteldə oyun saatını gözləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43