Braziliya millisinin sabiq üzvü və millət vəkili Romario maraqlı açıqlamalar verib.
Əfsanəvi futbolçu FİFA-ya söz atıb:
“Futbol Federasiyamızda korrupsiya çiçəklənir. Çünki Joze Mariya Marin bu sistemin başında durur. Heç FİFA-ya da ümid bəsləməyin. Orada da şantajçı Jermon Valke və oğru Yozef Blatter işləyir. Onlar ümumiyyətlə futbola xidmət etmirlər. Söhbət sadəcə Braziliya futbolndan getmir. Mən dünyadan danışıram”.