Topaz Premyer Liqasının XII turunda “Səbail” – “Neftçi” oyununundan sonra yaşananlara görə bu gün AFFA İntizam Komitəsi qərarlarını açılayıb. Qərara əsasən “Səbail”in kapitanı Eltun Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. Məsələyə münasibət bildirmək üçün E.Yaqubluyla əlaqə saxlamaq istəsək də, futbolçu ona heç bir cəzanın verilmədiyni söylədi.
Belə ki, oyundan sonra baş hakim Rauf Cabbarov matçın protokoluna futbolçunun adını Elton Yaqubəliyev kimi yazıb. Oyunçu isə öz növbəsində mənim adımı belə düzgün yaza bilməyən hakimin qərarına necə güvənildiyni bildirib:
“Mənim adım Eltun, soyadım Yaqubludu. Protokola isə Elton Yaqubəliyev yazılıb. Yəqin ki, cəza da ona verilib. Mənə heç bir cəza verilməyib. Oyunçunun adını düzgün yaza bilməyən bu adamın qərarına necə güvənirlər?”