Əfsanəvi portuqaliyalı futbolçu Luiş Fiqu mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı sosial şəbəkələrdə video paylaşıb.
İdmanxeber.az-ın məlumatına görə, o, “Çelsi” ilə “Arsenal” arasında baş tutacaq həlledici qarşılaşmada tribunalardakı yerini alacağını vurğulayıb.
Fiqu hər kəsi oyunu izləməyə dəvət edib: “Əziz dostlar, beş gündən sonra Bakıda möhtəşəm final keçiriləcək. Mən də orada olacam. Bunu qaçırmayın”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da start götürəcək.