Premyer Liqanın VIII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” sözügedən oyunun hazırlıqlarına start verib.
Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, “bankirlər” “Şəfa”da yox, Bakıxanov stadionunda cənublularla oyuna hazırlaşır. Buna səbəb isə “Fırtınalar meydanı”nın təbii ot örtüyünə malik olmasıdı. “Şəfa” stadionunun ot örtüyünün süni olması, paytaxt klubunu İsmət Qayıbov adına stadionda məşq etməsinə səbəb olub.