Topaz Premyer Liqasının ikinci turunda Lənkərana səfər edən “Sumqayıt” rəqibini 1-0 hesabı ilə məğlub edərək yüz faizlik nəticə ilə turnir cədvəlində ilk pilləni ələ keçirdi.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın çalışdırıcısı XL üzərindəki qələbəni belə şərh edib:
“Düzdür, rəqib komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar. Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək oyunlarda bizə köməyi dəyəcək”.