İngiltərənin “Çelsi” klubunun hücumçusu Fernando Torres yayda “Qalatasaray”da çıxış edə bilər.
İdmanxeber.com “goal.com”-a istinadən xəbər verir ki, yayda azı bir ulduz futbolçu transfer etmək niyyətində olan “Cim-Bom”un bu transfer üçün “Çelsi”ylə ortaq məxrəcə gəldiyi bildirilir. Didye Droqbanın da yayda “aslan”dan ayrılmaq istəməsi bu keçidin baş tutacağından xəbər verir. Əgər Droqba yayda “Qalatasaray”ı tərk etsə, o zaman “cim-bom” onun boşluğunu ispan forvardla dolduracaq.
İspan forvardla Premyer Liqa klubları da yaxından maraqlanır. Ancaq “Çelsi” onu İngiltərədəki rəqiblərinə satmaq niyyətində deyil.