Milli komanda

Flavinyo: “Bunda müəyyən qədər biz legionerlərin də rolu var”

“Neftçi”nin futbolçusu Flavinyo milli komandamızın İsraillə oyunu barədə klubun rəsmi saytına danışıb.

Braziliyalı futbolçu Azərbaycan futbolunun inkişafda olduğunu deyib:

“İsrail-Azərbaycan oyununu izlədim. Milli komandanız güclü rəqiblə layiqli mübarizə apardı. Məncə bu inkişafın əsas səbəblərindən biri də milli çempionatın səviyyəsinin yüksəlməsidir. Bunda müəyyən qədər biz legionerlərin də rolu var. Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf gedir. Bu bütün ölkələrdə belədir. “Neftçi”nin heyətində çoxlu sayda gənc yerli futbolçular çıxış edir. Düşünürəm ki, onlar da gələcəkdə milli komandaya cəlb olunacaq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43