Bakıda keçirilən “Formula 1”sərbəst yürüşündə maraqlı hadisə baş verib.
İdmanxeber.az-ın məlumatına görə, yolda olan “lyuk” açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin təkərinin biri ora düşüb.
Daha sonra avtomobil evakuator vasitəsilə ərazidən aparılıb.
Buna görə Qran-Prinin birinci sərbəst yürüşü ləğv olunub. Hadisə yerinə mütəxəsislər cəlb olunub.