Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, növbəti oyun günündə 3 matç baş tutub.
E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib. Hesabı Cənubi Amerika təmsilçisi açsa da, sonda əzmkar oyun sayəsində avropalılar 3 xalı aktivinə yaza biliblər.
Bu qrupun digər matçında isə Honduras Fransa ilə üz-üzə gəlib. Burada da Avropa təmsilçisi qələbə qazanan tərəf olub. "Xoruzlar" Hondurası darmadağın edib – 3:0
Bakı vaxtı ilə gecə saat 03:00-da isə F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.
15 iyun
E qrupu
00:00. Fransa – Honduras – 3:0
Qollar: Benzema, 44-pen, Valladares, 48-avtoqol, Benzema, 73
21:00. İsveçrə – Ekvador – 2:1
Qollar: Valensia, 22, Behrani, 48, Seferoviç, 90+3
F qrupu
03:00. Argentina – Bosniya və Herseqovina 2:1
Qollar: Kolaşinas, 3-avtoqol, Messi, 83, İbişeviç, 86