“Lion” baş məşqçi Fabio Qrossonun vəzifəsinə son verməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, qərarın yaxın saatlarda rəsmi olaraq açıqlanacağı gözlənilir.
Qrosso Fransa klubunda cəmi 2,5 ay çalışa bildi. İtaliyalı mütəxəssisin rəhbərliyində 9 oyuna çıxan “Lion” bu oyunlarda ancaq 1 qələbə qazana bacarıb.
“Lion” 12 turdan sonra Fransa çempionatında sonuncu pillədə qərarlaşıb.