UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpik Marsel” (Fransa) matçında qonaq komanda dəstəksiz qalmayacaq.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, təxmini 180 azarkeş Marsel təmsilçisini dəstəkləyəcək.
Fransalı azarkeşlərin Bakı səfəri viza məsələlərindən asılıdı. Əgər onlar bu məsələni tez bir zamanda həll edə bilsə, o zaman bu say arta da bilər.
Qeyd edək ki, Fevralın 24-də keçiriləcək “Qarabağ” – “Marsel” matçı saat 21:45-də başlayacaq. Komandalar arasında Fransada baş tutan görüş “atlılar”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.