Ölkə futbolu

Fransız iştahı: Paytaxt klubundan 350 min dollar tələb etdi – ÖZƏL

Brüs Abdulayenin Bakı “İnter”i ilə müqavilə bağlamamasının əsl səbəbi məlum olub.

İdmanxeber.com-un məlumatına görə, sən demə fransalı futbolçu Bank klubunda yüksək maaş tələb edirmiş. 

Məsələ burasındadır ki, ilinə 250 min dollar alan Brüs, yeni müqavilədə daha yüksək məbləğ qeyd edəcəyini bildirib. Geridə qoyduğumuz mövsümü yüksək səviyyədə keçirən futbolçu Bank klubundan 350 min dollar tələb edib.

Futbolçunun bu istəyini komanda rəhbərliyi reallaşdırmayınca, Brüs vətəninə yollanmalı olub..


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43