“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniyanın Valensiya şəhərində yaşanan sel fəlakəti barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu vəziyyətdə oyunların keçirilməsinə qarşı olduğunu bildirib:
“Futbol dayanmalıdır. Çünki bu oyun əyləncədi, sevincdi. Ancaq insanlar acı çəkərkən bunlar olmamalıdı. Bütün fikrim, dualarım o insanların yanındadı. Belə şeylərin 2024-cü ildə yaşandığına inana bilmirəm”.
Xatırladaq ki, bir neçə gündü Valensiya şəhərində baş verən sel fəlakəti nəticəsində yüzlərlə insan həlak olub.