07 Dekabr 2024
Ölkə futbolu

Şahin Diniyev getdi, futbolçular susdu

Misli Premyer Liqasının XII turunda “Kəpəz” “Səbail”i məğlub edib – 1:0. Matçın ardından “dənizçilər”in baş məşqçisi Şahin Diniyev uğursuz gedişata görə, istefa verdi. 

“Kəpəz” məğlubiyyəti sonrası futbolçuların da fikirlərini öyrənmək istəsək də, heç kim danışmaq istəmədi. Onlar komandanın son sıralarda olmasının səbəblərini və baş məşqçinin gedişini şərh etməkdən boyun qaçırdı. 

Futbolçular klubdan qadağa olduğunu, kubdan isə futbolçuların özlərinin açıqlama vermək istəmədiyi bildirildi.

Xatırladaq ki, aktivində 7 xalı olan “Səbail” hazırda 9-ci pillədə qərarlaşıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43