Türkiyə superliqasının 22-ci turu çərçivəsində “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, meydan sahibləri hesabda geridə olsa da, sonda 2:1 hesabı ilə qalib gələ bilib.
Oyunda qeyri-adi hadisə baş verib. Hakim Deniz Ateş Bitnel Cavandaya penalti qərarı təyin edib.
Bu isə oyunçuların etirazına səbəb olub. Bu zaman futbolçu Salih Dursun hakimin əlindən qırmızı vərəqəni alaraq Bitnelə göstərib. Bu hərəkətinə cavab olaraq hakim də S. Dursuna qırmızı vərəqə göstərib.