Kateqoriyasız

Millimizin futbolçusu Almaniyada dubl etdi

Millimizin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada qol vurub.

İdmanxeber.com-un məlumatına görə, Regional Liqa təmsilçisi “Germania Halberştadt”ın şərəfini qoruyan 25 yaşlı hücumçu 21-ci turda  “Möselvits”lə səfərdə qarşılaşdıqları matçda dubla imza ataraq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Xatırladaq ki, Rüfət Dadaşov millimizdə 16 oyunda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43