“Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım matça yaxşı motivasiya olmuşdular. Məşqdə istədiklərimizi oyunda icra etdilər. Çətin, amma çox lazımlı qələbə idi. Ümidvaram ki, bundan sonra da komandada qələbə ruhu davam edəcək”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Sabah” oyunu (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:
“Oyunboyu qapımızda ciddi problem görmədik. Müdafiədə oturmağımızın məqsədi var idi. 90+5-ci dəqiqədə künc zərbəsindən gözəl qol vurduq. Hər şey istədiyimiz kimi gedirdi. Səbr yaxşı şeydir. Səbrli və istəkli olduq”.