Ölkə futbolu

“Futbolda belə ab-hava üçün darıxmışdıq” – Ayxan Abbasov

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsində mübarizəsini dayandırdı.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz klubu evdəki matçda rəqibi 1:0 hesabı ilə məğlub etsə də, səfərdə rəqibinə 2:0 məğlub oldu. Görüşün ardından “Turan Tovuz”un baş məşqçisi matç barədə fikilərini bölüşüb:

“İlk oyunun nəticəsi “Neftçi”ni daha aqressiv edəcəyini bilirdik. Bu gün rəqibin təzyiqini hiss etdik. Oyunun sonlarında yorğunluq sözünü deyirdi. “Neftçi” cərimə zərbəsindən qol vuraraq, psixoloji üstünlük əldə etdi. Bu gün qismət olmadı.

Futbolçularıma, azarkeşlərə təşükkür edirəm. Azərbaycan futbolunda belə ab-hava üçün darıxmışdıq. Güclənmək, inkişaf üçün vaxt lazımdır. Üzgün olsaq da, qarşıda çempionat oyunu gözləyir. Kuboka kökləndiyimiz üçün stabilliyi itirmişdik. Premyer Liqada qalıb, gələn il daha yaxşı olmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43