Meksikanın ikinci liqa klubu olan “Celaya” futbolçuları maaşlarının verilməməsinə etiraz olaraq maraqlı addım atıblar.
İdmanxeber.com-un məlumatına görə, “Merida” ilə oyunda “Celaya” futboçları üzərində dollar olan kağız kisəni başlarına keçiriblər.
Hətta klubda vəziyyət o yerə çatıb ki, otel xərclərini nəzərə alan komanda səfər matçlarına oyun günü gedir.