21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev postunda qala bilər.
İdmanxeber.az-a daxil olan məlumata görə, AFFA rəhbərliyi Əliyevlə yolları ayırmaqda maraqlı deyil. Düzdü, seçmə mərhələnin indiyədək keçirdiyi 8 qrup matçının 7-də məğlub olan millidə Əliyev dönəminin başa çatacağı istisna edilmirdi. Faktiki olaraq qrup sonuncusu olan və bu yerdən qurtulması möcüzəyə bərabər U-21 millimizdə baş məşqçi ayrılığı gözlənilən ola bilərdi. Lakin AFFA belə bir qərar verməkdə maraqlı görünmür.
AFFA İK-nin iclasında bu məsələ gündəmə gələcək və son qərar açıqlanacaq.
Yuxarıda da qeyd etdiyimiz kimi, yekun qərarın Əliyevin xeyrinə olması gözlənilir.