Hazırda davam edən "Kəpəz" – "Neftçi" matçında gərgin anlar yaşanır.
İdmanxeber.com-un Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hər şey oyunun yan xətt hakimi Mehman Mahmudovun "Kəpəz"in əleyhinə verdiyi qərardan sonra baş verib. Belə ki, hakim "Neftçi"nin futbolçusundan kənara çıxan topda Gəncə klubunun lehinə qərar vermək əvəzinə tam əksini edib. Bu zaman həmin epizoda yaxın əyalət təmsilçisinin baş məşqçisi Şahin Diniyev Mehman Mahmudova sərt etiraz edib. Bu gərginliyin davamında isə ara qarışıb. İki klubun futbolçuları arasında qarışıqlıq yaranıb. Nəticədə baş hakim Ömər Paşayev Erik Ramosu sarı vərəqə ilə cəzalandırıb.