Premyer Liqamızın 4-cü turu üçün azarkeş sayı məlum olub.
İdmanxeber.com-un məlumatına görə, turun azarkeş rekordu “Kəpəz” – AZAL oyununa təsadüf edib. Belə ki, Gəncədə baş tutan qarşılaşmanı 13200 tamaşaçı izləyib. Bu təkcə turun deyil, həm də yeni mövsümün rekordudu.
4-cü turda ən az azarkeş isə “Bayıl Arena”da qeydə alınıb. Burda keçirilmiş “Rəvan” – “Neftçi” matçını (1:3) cəmi 500 tamaşaçı izləyib.
Ümumilikdə isə 4-cü turun sıralama belədi:
Kəpəz – AZAL – 13200 tamaşaçı
Sumqayıt – Zirə – 1500 tamaşaçı
Qarabağ – Xəzər Lənkəran – 1200 tamaşaçı
İnter – Qəbələ – 1000 tamaşaçı
Rəvan – Neftçi – 500 tamaşaçı