Topaz Premyer Liqasının X turunda “Simurq” səfərdə AZAL ilə üz-üzə gəldi. 2-2 hesabı ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında “Simurq”un baş məşqçisi George Çixradze düşüncələrini bölüşüb:
“Maraqlı oyun keçdi. Biz oyun ərzində 4 qol izlədik. İlk hissədə üstün olan tərəf biz idik. İkinci hissədə AZAL daha üstün çıxış etdi. AZAL-ın bizi ikinci hissədə cəzalandırdığını da deyə bilərik. Oyunun sonlarında biz toparlandıq, xarakter göstərdik. Qarşılaşmanın heç-heçə bitməsi məntiqli oldu”.