“Rostov”dan “Spartak”a qayıdan Ayaz Quliyev “sport-express” nəşrinə açıqlama verib.
22 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu kluba qayıtdığı üçün sevincli olduğunu dilə gətirib:
“Əlbəttə, geri döndüyüm üçün sevinirəm. Böyük əhval-ruhiyyədəyəm. Həyəcan böyükdü. Mən hələ qarşıma məqsəd qoymamışam. Təlim-məşq toplanışına indi başlayacağıq”.