02 Oktyabr 2024
Dünya futbolu

Gerye Almaniya klubu ilə müqavilə bağladı

“Qarabağ”ın sabiq futbolçusu Donald Geryenin yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə,  futbolçu Almaniyada oynayacaq. O, “Kosmos Koblens” klubu ilə anlaşıb.

Almaniya 6-cı liqasında çıxış edən komanda Gerye ilə müqavilə bağlayıb.

 31 yaşlı futbolçu ölkəmizdə “Qarabağ”, “Neftçi” və “Zirə”də forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43