Azərbaycanın bədii gimnastları İlona Zeynalova və Gövhər İbrahimova Macarıstanda keçirilən ənənəvi “Gracia Fair Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.
İdmanxeber.az-ın məlumatına görə, hər iki idmançı fərdi növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Zeynalova böyüklər, İbrahimova isə gənclər arasında çoxnövçülük proqramında qalib olub.