İdman

Məmmədyarov Aronyanla “sülh”ə razılaşdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsində növbəti görüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster XI turda ABŞ-ı təmsil edən ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə heç-heçəyə razılaşıb.

​Məmmədyarov hazırda 10 xalla 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43