İdman

Gimnastlarımız Macarıstanda iki qızıl medal qazandı

Azərbaycanın bədii gimnastları İlona Zeynalova və Gövhər İbrahimova Macarıstanda keçirilən ənənəvi “Gracia Fair Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.

İdmanxeber.az-ın məlumatına görə, hər iki idmançı fərdi növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

​Zeynalova böyüklər, İbrahimova isə gənclər arasında çoxnövçülük proqramında qalib olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43