Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb.
Komanda.az xəbər verir ki, Uels Futbol Assosiasiyası (FAW) 49 yaşlı mütəxəssisin iyunun 20-də verdiyi müvafiq açıqlamanı təsdiqləyib.
FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini bildirib. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr – 18 dekabrda təşkil olunacaq.
Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham olunub. Məsələ ilə bağlı araşdırmalar başlayacaq.