22 Dekabr 2024
Dünyadan

Göz yaşları içərisində “Barselona”ya gəlir: “Hər kəs niyə ağladığını bilir” – FOTO

Yeni mövsümdən etibarən “Barselona”nın şərəfini qoruyacaq Ter Ştegen yetirməsi olduğu “Borussiya Munhenladbak”dan göz yaşları ilə ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubundan gedəcək Viktor Valdesin boşluğunu dolduracaq 22 yaşlı gənc qolkiper Münhenladbak klubunun “Maynts”la ev oyunundan sonra tirbunaların önündən keçərək, azarkeşləri alqışlayıb. “Borussia Park” stadionunda azarkeşlərə əlvida deyən Ter Ştegen Almaniya mətbuatına açıqlamasında: “Hər kəs niyə ağladığını bilir. Bütün həyatrım bu klubda keçdi və bu komandanı ürəyimdə saxlayacam. Bu klubun azarkeşi olara qalacam. Nə qədər acı olsa da, “Barselona”ya getmək qərarımda qətiyyəm” – deyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43