Premyer Liqanın 23-cü turunda “Xəzər Lənkəran” səfərdə AZAL-la bərabərə qaldı. Ev sahibi komandanın baş məşqçisi Vaqif Sadıqovun oyun haqda fikirləri ilə sizi tanış edirik:
“Hər iki komandaya qələbə vacib idi. Komandaların turnir cədvəlində tutduğu mövqelər bir-birinə yaxındır. Qalib gəlib irəliləmək istəyirdik. Rəqibin üstün keyfiyyətlərin bilirdik. Oyunun sonunadək yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Rəqib əlinə düşən imkanlardan maksimum istifadə etdi. Rəqibin kimliyindən asılı olmayaraq, komanda sona kimi mübarizə aparır. Qələbəyı layiq heç-heçə idi, sona kimi oynamalıyıq. Güclü AZAL komandasını formalaşdırırıq. Ardıcıl məğlubiyyət komandada psixoloji sıxıntı yaradır. Uğursuz oyunlar seriyasını qırdığımızı düşünürəm”.