Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilmiş “Neftçi”-Rəvan” oyunu zamanı qonaqların futbolçusu Kamal Bayramov ciddi xəsarət alıb.
İdmanxeber.com-un məlumatına görə, zədəli formada matçı davam etdirən Bayramov oyun bitdikdən sponra meydandan çıxmaqda çətinlik çəkib. Bu yerdə isə “Neftçi”nin qapıçıları – Doroşevs və Stamenkoviç, eləcə də klubun rəisi Güloğlan Cabbarov köməyə çatıblar. Onların köməkliyi ilə Bayramov xərəkdə meydanı tərk edib.