"İdman Azərbaycan telekanalı bir gün "Xəzər Lənkəran" oyununu yenə yayımlayar, əsən yellər səngiyər. Amma peşəkarlıq, ədalət gəlib-gedər deyil axı…"
İdmanxeber.com saytının məlumatına görə, bu sözlər "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluya məxsusdu.
Cənub klubunun rəsmisi öz "facebook" səhifəsində paylaşdığı statusda daha sonra bu sözləri qeyd edib:
"Efirdə səslənən birtərəfli fikirlər bir yana, "Qarabağ"la oyunun sujetində XL-in cəmi iki epizodu yer alıb. XL-in fikiri hələ də Superkubokda qalıb deyənlər – bu fikir illərlə keçməyəcək. Ölənə qədər… Çünki biz bu kuboku qəlbimizlə, şərəfimizlə, alın tərimizlə alıb gətirmişik".