28 Dekabr 2024
Ölkə futbolu

Güvənç Kurtar AFFA-nın qərarına etiraz etdi: “O zaman hakimə 5 oyunluq cəza verilsin”

AFFA İntizam Komitəsinin bu gün verdiyi qərara əsasən “Rəvan”ın qapıçısı Lukaş Sapela “Qəbələ” ilə oyunda etdiyi qeyri-etik jestə görə, 3 oyunluq cəzalandırılıb. 

“Aslanlar”ın baş məşqçisi Güvənç Kurtar idmanxeber.com-a açıqlamasında cəzayla razılaşmadığını, hətta lazım gələrsə hakimə cəza verilməsini bildirib:

“Sapela orada qeyri-etik jest etmədi. O saədəc nəyə qadir olduğunu,gücünü göstərirdi. Əgər Sapelaya 3 oyunluq cəza veriblərsə, hakimə də 5 oyun verməlidirlər. Klubun apelyasiyaya şikayət edib-etməyəcəyi rəhbərliyin verəcəyi qərardı. Ancaq mən yenə deyirəm, bu qərar düzgün deyil. Sapela orada tərbiyəsiz jest etməmişdi. Əgər elə olsaydı biz özümüz onu cəzalandırardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43