“Rəvan”dan ayrılan Güvənç Kurtar AFFA-nın “Sumqayıt”ı Premyer Liqada saxlamasına münasibət bildirib.
İdmanxeber.com-a açıqlama verən türkiyəli mütəxəssis bunları dedi:
“Sumqayıt” birinci diviziona düşməyəcək dedilər, elə də oldu. Boş yerə mübarizə apardıq. Son matçda hakimin buraxdığı ölümcül səhv bizi birinci diviziona yuvarladı. Azərbaycan futbolundan heç baş aça bilmədim. “Sumqayıt”ı saxlayacaqdırlarsa nədən biz mübarizə aparaırdıq? Heç nə başa düşmədim. Əslində başa düşülməyəcək də bir şey yoxdu (gülür). Hər şey ortalıqdadı. Hətta klubun rəsmi saytında Rövnəq Abdullayevin fikirləri yerləşdirilib, başlıqda “Sumqayıt” çempionatı tərk etməyəcək yazılmışdı. Bu da son. Tərk etmədilər”.