Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir. Bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulacaq.
Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start verəcəklər.
Sərbəst güləş
65 kq
Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb və inamlı qələbə qazanıb – 6:0.
97 kq
Nurməhəmməd Hacıyevin ilk rəqibi isə Radoslav Baran (Polşa) olacaq.
Qadın güləşi
68 kq
İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verəcək.