22 Dekabr 2024
Kateqoriyasız

“Hakim əlavə 5 dəqiqə əlavə etsəydi və referini əvəzləsəydilər, biz qalib gələ bilərdik” – Petrov

“Neftçi”nin müdafiəçisi Kiril Petrov Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan ( 2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

– Bu, futboldur, hər şey baş verə bilər. Əvvəlcədən hesab təxmin etmək doğru deyil.Rəqib əks-hücumlara üstünlük verir. Bunu bilirdik, amma səhvlərə yol verdik. Yaxşı ki, 2 qol vurub oyuna qayıtdıq. Artıq onlara qarşı cavab görüşündə necə oynayacağımızı bilirik.

– “Arsenal”ı keçdiyiniz üçün komandada eyforiya yaşanırdı?

– İki mərhələ keçdiyimizə görə komandada eyforiya yoxdur. Bu komandanı tanımasaq da, bir neçə matçlarına baxmışdıq və necə bir kollektivə qarşı oynayacağımızı bilirdik. “Sperantsa” və “Arsenal”a qarşı necə hazırlaşmışdıqsa, bu dəfə də elə idi.

– Daha beş dəqiqə oynasaydınız, qalib “Neftçi” ola bilərdi?

– Hakim əlavə 5 dəqiqə əlavə etsəydi və referini əvəzləsəydilər, bəlkə də, biz qalib gələ bilərdik

– Hakim niyə “Neftçi”yə qarşı aqressiv idi? “Bney Yehuda” oyuna rahat şəkildə uzada bilirdi…

– Deməzdim ki, bizə qarşı aqressiya olub. Sadəcə, o, oyunu lazım olan şəkildə idarə edə bilmədi. Özü FİFA referisidir, amma ali futbol qurumunun səviyyəsində oyun idarə edə bilməyib. Öz azərbaycanlı hakimlərimizdən şikayət ediriksə, bu referidən nə deyək?

– “Neftçi” İsraildə mərhələni keçə biləcək?

– Futbolçularının idmançıya yaraşmayan hərəkətlərinə görə “Bney Yehuda”nı cəzalandırmalıyıq. Futbol vaxtı uzatmaq, qulağını, ayağını tutub meydanda uzanmaq deyil. Onlara futbolun nə olduğunu göstərməliyik.

– Onların bu hərəkəti sizi daha da motivasiya etdi və bərabərlik qolunu vurdunuz…

– Məncə, hakim rəqibə belə oynamağa imkan verdi. Təbii ki, bu amil bizi motivasiya etdi. İsraildə burda ikinci hissədə oynadığımız oyunu nümayiş etdirəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43