AFFA U-15 liqasında mübarizə aparan “Xilə” komandasının baş məşqçisi Əsəd Kərimovu futboldan kənarlaşdırıb.
Buna səbəb baş məşqçinin U-15 liqasının “Keşlə” ilə oyunundan sonra hakimlər briqadasının otağına daxil olaraq, əvvəlcə onları təhqir etməsi və döyməsi olub.
Məşqçi hakimlərə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya olunub.